“Gün Ortası” Proqramının aparıcısı Deniz Çağlayanın suallarını cavablandıran hüquq müdafiəçisi Gəncədə baş vermiş terror hadisəsi barədə də danışıb
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İyulun 9-da “Ulusal Kanal” Televiziyasının canlı yayımında qonaq olub. “Gün Ortası” Proqramının aparıcısı Deniz Çağlayanın suallarını cavablandıran hüquq müdafiəçisi ölkə gündəmini dəyərləndirib, son günlər Azərbaycanda baş verən hadisələrə münasibət bildirib və Azərbaycan-Türkiyə münasibətləri barədə geniş danışıb.