Şəhidlərimizi unutmayaq, tanıdaq, tanıtdıraq – Qax rayonu Şəhidlər Xiyabanını ziyarət

Bugün Qax şəhərində Şəhidlər Xiyabanını ziyarət etdim. Burada həm 90-cı illərin Birinci Qarabağ Müharibəsində, həm 2020-ci ilin 44 günlük İkinci Qarabağ Müharibəsində, həm də 2023-cü ilin antiterror əməliyyatında həlak olmuş qəhrəman Şəhidlərimiz uyuyur.

Şəhidlərimizi ziyarət etmək və tanıtmaq məqsədilə bugün bir daha Şəhidlər Xiyabanına baş çəkdim və dəyərli izləyicilərim üçün video müraciət elədim.