Əhməd Şahidov Pakistanın Qətərdəki səfiri Muhammad Aamer ilə görüşüb

Qətərin paytaxtı Doha şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov May ayının 29`da Pakistanın Qətərdəki səfiri cənab Muhammad Aamer ilə görüş keçirib.

Görüşdə iki ölkə arasındakı möhkəm dostluq və qardaşlıq münasibətləri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub. Həmçinin, regional və beynəlxalq səviyyədə qarşılıqlı dəstək və ortaq maraqların gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Əhməd Şahidov Azərbaycan-Pakistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayaraq, beynəlxalq platformalarda Pakistanın haqlı mövqeyinin dəstəklənməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda tərəflər Azərbaycan-Pakistan dostluğunun davamlı və möhkəm olduğunu təsdiq edib, xalqların rifahı və əməkdaşlığın inkişafı üçün qarşılıqlı arzularını ifadə ediblər.