Qax rayonuna bu dəfəki səfərim qışın ortasına təsadüf etdi. Adətən yay aylarında turistlərin ən çox üz tutduğu məkanlardan sayılan Qax rayonunda qışda adam gözə dəymir. Qış aylarında Qax rayonunda yerləşən restoran və hotellər, habelə istirahət mərkəzləri zərərlə işləyir və ya ümumiyyətlə fəaliyyətini dayandırır.
Qış mövsümündə turizm üçün kifayət qədər potensiala sahib olan Qax rayonunda bugünlərdə səssizlik hökm sürür.