İyun ayının 5`də Böyük Britaniyanın paytaxtı London şəhərində işgüzar səfəri çərçivəsində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Pakistanın Böyük Britaniyadakı Ali Komissarı, səfir Dr. Mohammad Faisal ilə səmimi və dostyana bir görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin yalnız diplomatik tərəfdaşlıq çərçivəsində deyil, əsrlər boyu formalaşmış qardaşlıq və dostluq ənənələri üzərində qurulduğu vurğulanıb. Tərəflər iki ölkə arasındakı möhkəm əlaqələr, ortaq dəyərlər və gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.
Əhməd Şahidov öz çıxışında beynəlxalq platformalarda Pakistanın haqq səsinin dəstəklənməsinin vacibliyini qeyd edib, bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər və gələcək planlar barədə səfirə məlumat verib.
Görüşün sonunda Əhməd Şahidov səfir Mohammad Faisala səmimi qəbul və xoş münasibətə görə təşəkkürünü bildirərək, dost və qardaş Pakistan xalqına rifah və uğurlar arzulayıb.
Tərəflər Azərbaycan-Pakistan dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha bəyan ediblər.