113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov 1 Sentyabr seçki günü Qax və Şəki rayonlarında səsvermə məntəqələrini gəzib.
Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 72 saylı seçki məntəqəsini ziyarət edən Əhməd Şahidov seçki prosesi və seçici fəallığı ilə maraqlanıb, məntəqələrdəki müşahidəçilərlə söhbət edib və səsvermə zamanı hər hansı qanun pozuntularının olub-olmaması barədə öyrənib.
#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər