Əhməd Şahidov Kipr Televiziyasında 28 May – Cümhuriyyət Günü barədə danışıb

Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Mayın 28-də Kiprin nüfuzlu “Diyalog” Televiziyasının canlı yayımının qonağı olub. Tanınmış aparıcı Mert Özdeşin suallarını cavablandıran hüquq müdafiəçisi Əhməd Şahidov 28 May – Cümhuriyyət Günü haqqında danışıb, 100 il bundan əvvəl əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söz açıb və ötən müddət ərzində Azərbaycanın üzləşdiyi proseslər barədə məlumat verib.

Daha sonra Azərbaycanın bugünkü durumu ilə bağlı sualları cavablandıran ADİHİ rəhbəri Əhməd Şahidov Türk dünyasının əhəmiyyətindən söz açıb, Azərbaycanın Türkiyə və Şimali Kipr ilə əlaqələri, o cümlədən dünyada baş verən ictimai-siyasi proseslər ətrafında fikirlərini bölüşüb.

Bu yazını Facebookda şərh et