11 Aprel 2018-ci il tarixdə Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Yerli və beynəlxalq müşahidəçilər də Azərbaycandakı prezident seçkilərini yaxından izləyirdi. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu ölkənin 25 bölgəsində seçkiləri izləyib. ADİHİ rəhbəri Əhməd Şahidov seçkilərin gedişi ilə bağlı bir sıra beynəlxalq televiziya kanallarına müsahibələr verib.
Dünyanın nüfuzlu Əl Cəzirə və TRT World Televiziyalarına, habelə Türkiyənin “Ulusal Kanal” və Kiprin “Diyalog” Televiziyasına geniş müsahibələr verən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı öz fikirlərini bölüşüb.