NİGAR ÇƏLƏBİZADƏYƏ …

Gecələr yatmağa qoymayan məni,
Səhər gözlərimdən axan yuxumsan.
Gün boyu ağlıma çökmüş çən-duman,
Bu xəstə qəlbimdə axan qanımsan.

*****

Bəlkə də taleyin bir zarafatı,
Mənimçün qurulan xain tuzaksan.
Təklikdə qəlbimə sancdın oxunu,
Sən mənim oxumdan sınan yayımsan.

*****

Sevgi döyüşünə atılmışıq biz,
Kim qalib gələrsə, o da şah olsun!
Səni bu döyüşdə məğlub etsəm də,
Yenə də sevgidə tək padşahımsan!

*****

Arada məsafə yaman uzaqdır,
Sən azad ölkədə, uzaq diyarda.
Ətrinsə yanımda, rahat buraxmır
Mənim tək sevdiyim, sevgi payımsan.

*****

Koroğlunun da öz Nigarı vardı,
Meydanda aslan tək qılınc vurardı.
Sən isə çox incə, zərif mələksən,
Sən mənim sevgilim, öz Nigarımsan!

Əhməd ŞAHİDOV
10 Mart 2010-cu il saat 22:55, Moskva, Rusiya