“Haber+” proqramının aparıcısı Ferda Ekincinin suallarını cavablandıran hüquq müdafiəçisi Əhməd Şahidov Türkiyə-Azərbaycan-Şimali Kipr münasibətləri barədə fikirlərini bölüşüb
Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Kanal T” Televiziyasının canlı yayımında qonaq olub. “Haber+” proqramının aparıcısı Ferda Ekincinin suallarını cavablandıran hüquq müdafiəçisi Türkiyə-Azərbaycan-Şimali Kipr münasibətləri barədə danışıb, Türk-İslam dünyasında baş verən son proseslərdən söz açıb və milli maraqların müdafiəsi üçün qarşılıqlı əməkdaşlığın zəruri olduğunu qeyd edib.
Son illər Avropadakı fəaliyyətləri barədə danışan ADİHİ rəhbəri Əhməd Şahidov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi istiqamətində atılan addımlardan söz açıb və Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına əməl etmədiyini diqqətə çatdırıb.