BU ÖLKƏNİN

“Vətən mənə nə verib ki?!” deyənlər,
Havasını udmusuz bu ölkənin.
Çörəyini yeyib, suyunu içib,
Torpağında gəzmisiz bu ölkənin!
*****
Dünyaya göz açıb, addım atmısız,
Vətən çəkib qayğınızı sizlərin.
Təhsil alıb, dünyanı dolanmısız,
Şərəfini qoruyun bu ölkənin.
*****
Zaman-zaman pislədiz məmləkəti,
Sanki düşmən olub sapı baltaya.
Balta olub odunu doğramaqdan
Odun atdız yoluna bu ölkənin.
*****
Hakimiyyət üçün dövləti söydüz,
Fərqinə varmadız bu iki sözün.
Hakimiyyət ayrı, dövlət ayrıdır,
Toxunmazdır dövləti bu ölkənin.
*****
Prezidenti söyüb xal qazanmaqçün,
Düşmən dəyirmanına su ələdiniz.
Prezident də dövlətin bir rəmzidir,
Ləkə atdız rəmzinə bu ölkənin.
*****
Biri himni dəyişdirmək istədi,
Digərisə gerbdə əmma axtardı.
İnsan kimi bir mənası olmayan
O insanlar əmmasıdır ölkənin.
*****
Gənclərdə əxlaq yox, elm-savad yox,
Qız ilə oğlanın fərqi bilinmir.
Əlindən iş gəlmir, utanmır da heç
“Gələcəyiyik” deyir biz bu ölkənin.
*****
Heç sahibsiz deyil gəzdiyin torpaq,
Onu qoruyan var, yaşadanlar var.
Sözlə deyil, əməliylə sevgisin
Sübut edən oğulları var ölkənin.
*****
Bu ölkə qüdrətli bir məmləkətdir,
Onu sevməyənlər, bir də düşünün!
Sizlər onlarlasız bu məmləkətdə,
Doqquz milyon insanı var ölkənin!
Əhməd ŞAHİDOV
01 Fevral 2010-cu il saat 03:27, Moskva, Rusiya
Bu yazını Facebookda şərh et