O, mənim həm namusum, həm də ki qeyrətimdir,
Həm xalqım, həm millətim, həm də ki, dövlətimdir.
Biz türklər sancdıq onu ilk dəfə torpağıma
Qurban olum müqəddəs üçrəngli bayrağıma!
*****
Səndə qədim tarixin silinməz izləri var,
Həm azadlıq, həm İslam, həm də türkün rəmzi var.
Əminəm asılacaq bir gün Qarabağıma,
Qurban olum müqəddəs üçrəngli bayrağıma!
*****
Çox şəhidlər qazandıq sənin qüdrətin üçün,
Düşmənə qan uddurduq sənin qeyrətin üçün.
Hətta son nəfəsimdə basdım səni bağrıma
Qurban olum müqəddəs üçrəngli bayrağıma!
*****
Düşmən səni endirib yandırmağa çalışdı,
Qonşular masa üstdə səni aşağı asdı.
Ürəyim səninlədir, baxmam sola-sağıma
Qurban olum müqəddəs üçrəngli bayrağıma!
*****
Səni sevən oğullar səndən heç zaman dönməz,
Bir kərə yüksəldisə, artıq bir daha enməz.
Rəsulzadə kəlamı təməl olub ağlıma
Qurban olum müqəddəs üçrəngli bayrağıma!
Əhməd ŞAHİDOV
15 Yanvar 2010-cu il saat 02:59, Bakı, Azərbaycan
*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…