Söz vermişdin heç vaxt sevməyəcəksən
Söz tuta bilmədin, afərin olsun!
Sevgi səni yaman bərk yaxalayıb
Sonunu gözləyək, uğurlu olsun!
*****
Həyatda hər şeyə nail olmusan
İllərdir çalışıb adam olmusan
İşinə, ailənə, yaxınlarına
Ürək yandırmısan, yanan köz olsun!
*****
Həyatı həmişə mənalı sandın
Əslində günlərin mənasız keçir.
İnsana aşağıdan yuxarı baxmısan
Özün də insansan, yazıklar olsun!
*****
Hər gün fikirlərin çox dolaşıqdır
Allah, Vətən və ananı düşünürsən.
Sevgiyə “Yox” dedin, sevgisiz qaldın
Bir gün sevəcəksən, sağlıqlar olsun!
*****
Çox yalan danışdın, çox qəlb sındırdın
Qürurun sınmadı, heç əyilmədin
Sevgi qarşısında dura bilməkçün
Qürur da, yalan da qoyun, rədd olsun!
*****
Bugündən özünü dəyişəcəksən
Başqa cür olmağa cəhd edəcəksən.
Sevəcən, sevəcən, yenə sevəcən
Qoy bütün insanlar şahidin olsun!
Əhməd ŞAHİDOV
09 Yanvar 2010-cu il, saat 03:10, Bakı, Azərbaycan
*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…