Sentyabrın 30-da Şimali Kipr Türk Cümhuriyyətinin Diyalog Televiziyası ATƏT-in Varşava toplantısı barədə süjet hazırlayıb.
Azərbaycan Demorkatiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun ATƏT-də Şimali Kipr ilə bağlı çıxışından bəhs edən həmin süjet zamanı ADİHİ rəhbəri ilə birbaşa telefon bağlantısı təşkil olunub və Əhməd Şahidov Varşavadakı çıxışı barədə televiziya tamaşaçılarına geniş məlumat verib.