Kipr Televiziyasında kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışılıb

esirler_640ADİHİ rəhbəri Əhməd Şahidov Kanal T efirində erməni vəhşilikləri barədə geniş müsahibə verib

Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 1-də ŞKTC-nın aparıcı televiziyası olan Kanal T-nin səhər proqramının qonağı olub. Aparıcı Cenk Dilerin suallarını cavablandıran hüquq müdafiəçisi Əhməd Şahidov rəhbərlik etdiyi təşkilatın son 1 ildə gördüyü işlər və Avropadakı fəaliyyəti barədə geniş məlumat verib.

Dağlıq Qarabağ münaqişəsi və erməni vəhşilikləri haqqında danışan Əhməd Şahidov hazırda Ermənistanda saxlanılan yüzlərlə azərbaycanlı əsirlərdən söz açıb, həmin şəxslər barədə kitabı nümayiş etdirib. Daha sonra kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevdən söz açan ADİHİ rəhbəri ermənilərin keçirdiyi tamaşa ‘məhkəmə’dən fotolar nümayiş etdirib və azərbaycanlı əsirlərin azad edilməsi üçün sonunadək mübarizə aparacaqlarını və Avropada bu məsələ ilə bağlı silsilə tədbirləri davam etdirəcəklərini bildirib.

esirler_tv1 esirler_tv2

Bu yazını Facebookda şərh et