ATƏT Nazirlər Şurasının 21-ci iclası öz işinə başlayıb

atet292Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov tədbirdə iştirak edir

Dekabrın 4-də İsveçrənin Bazel şəhərində ATƏT Nazirlər Şurasının 21-ci iclası start götürüb. ATƏT üzvü olan 57 ölkənin xarici işlər nazirlərinin qatıldığı bu beynəlxalq tədbirdə ATƏT rəhbərliyi də iştirak edir. Tədbiri giriş sözü ilə açan İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in hazırkı sədri cənab Didier Burkhalter ATƏT prinsipləri haqqında danışıb və İsveçrənin ATƏT sədrliyi dövründə görülmüş işlər barədə məlumat verib. Daha sonra ATƏT Parlament Assambleyasının Prezidenti və ATƏT-in Baş Katibi giriş nitqi söyləyiblər.

Rəsmi açılış hissəsindən sonra ilk söz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova verilib. Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu dəfəki müzakirələrin gərgin keçəcəyini, əsas prioritet kimi ATƏT üzvü olan ölkələrin ərazi bütövlüyü məsələsinin olacağını bildirib: “ATƏT Nazirlər Şurasının 21-ci iclası gözlənildiyi kimi Ukrayna hadisələri üzərində qurulub. Əsas prioritet ATƏT coğrafiyasında sülh və firavanlığın, ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmasıdır. Ukrayna üzərində daha çox çıxışların olacağı gözlənilir. Təbii ki, söhbət ərazi bütövlüyündən gedirsə, əsas diqqət Dağlıq Qarabağ konfliktinə də yönələcək. Təsadüfi deyil ki, ATƏT sədri cənab Didier Burkhalter tədbiri açıq elan edərkən Ukrayna ilə yanaşı Dağlıq Qarabağın da adını çəkdi. Bu, Dağlıq Qarabağ konfliktinin, dolayısıyla, Azərbaycanın ərazi bütövlüyünün ATƏT Nazirlər Şurasının bu dəfəki iclasının gündəliyində olan məsələlərdən olduğunu göstərir.”

atet_basel atet_basel1 atet_basel2 atet_basel3 atet_basel4 atet_basel5 atet_basel6 atet_basel7

Bu yazını Facebookda şərh et