Əhməd Şahidov Beynəlxalq Qırmızı Xaç Komitəsinin mənzil qərargahında azərbaycanlı əsirlər barədə danışıb

bqxk292ADİHİ rəhbəri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya Departamentinin sədr müavini xanım Karolina Douiliez ilə görüşüb

Dekabrın 2-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhhbəri Əhməd Şahidov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin mənzil qərargahında olub. BQXK-nın Avropa və Mərkəzi Asiya Departamentinin sədr müavini xanım Karolina Douiliez ilə görüşən ADİHİ rəhbəri təmsil etdiyi qurum barədə ətraflı məlumat verib, Azərbaycanda insan haqları sahəsindəki vəziyyət barədə danışıb və əsasən Dağlıq Qarabağ konflikti zamanı əsir götürülən Azərbaycan vətəndaşları haqqında söhbət edib.

Bu ilin İyul ayında erməni silahlı birləşmələri tərəfindən əsir götürülən və barələrində məhkəmə prosesi keçirilən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışan ADİHİ rəhbəri Azərbaycan ictimaiyyətinin bu məsələ ilə bağlı narahatçılığını ifadə edib və BQXK-nın bu sahədə səylərini daha da artırmasının zəruriliyini qeyd edib.

BQXK-nın Avropa və Mərkəzi Asiya Departamentinin sədr müavini xanım Karolina Douiliez azərbaycanlı əsirlər barədə məlumatlı olduqlarını və indiyə qədər 6 dəfə Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüşdüklərini də deyib. BQXK-nın kəlbəcərli əsirlərlə təkbətək görüşlərinin olduğunu diqqətə çatdıran xanım Karolina Douiliez bu məsələnin Azərbaycan cəmiyyətində həssaslıqla izləndiyindən xəbərdar olduqlarını da bildirib. Cenevrə Konvensiyasını xatırladan BQXK rəsmisi əsirlərlə bağlı müsbət nəticələrə nail olacaqlarına ümid etdiyini deyib.

Görüş zamanı ADİHİ rəhbəri Əhməd Şahidov Dağlıq Qarabağ konflikti zamanı əsir götürülmüş Azərbaycan vətəndaşları barədə olan “Bizi əsirlikdən qurtarın” adlı kitabı BQXK rəsmisinə təqdim edib.

bqxk bqxk1

Bu yazını Facebookda şərh et