Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində demokratik vəziyyətin hazırkı durumundan söz açıb
Xəbər verildiyi kimi, Sentyabrın 22-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən İnsani Dəyərlərin Tətbiqi Konfransı öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan ölkələrin rəsmi şəxsləri, hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Demokratik institutların vəziyyətinə həsr olunmuş müzakirələrdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da çıxış edib və Cənubi Qafqaz ölkələri – Ermənistan, Gürcüstan və Azərbaycanda demokratik vəziyyət barədə danışıb.