“SAMİR” ROMANININ MEDİA TƏQDİMATI KEÇİRİLDİ

samir_teqdimatƏhməd Şahidovun sonuncu romanı geniş müzakirələrə səbəb olub
İyun ayının 18-də Beynəlxalq Mətbuat Mərkəzində gənc yazar Əhməd Şahidovun “Samir” romanının KİV nümayəndələri üçün təqdimatı keçirildi. Ölkənin ən aparıcı mətbuat orqanlarının, qəzet, TV və xəbər saytlarının şou-biznes və mədəniyyət müxbirlərinin iştirak etdiyi təqdimat mərasimində çıxış edən Əhməd Şahidov öz yeni əsəri barədə danışmış, “Samir” romanı barədə məlumat vermişdir.
Daha sonra özü barədə yazılan roman haqqında danışan tanınmış stilist Samiraldo öz təəssüratlarını jurnalistlərlə bölüşdü. Jurnalistlərin çoxsaylı sualları ilə davam edən təqdimat mərasiminin sonunda müəllif romanını imzaladı və media nümayənləri ilə xatirə fotoları çəkdirdi.

Bu yazını Facebookda şərh et