Əhməd Şahidovun “Samir” romanı işıq üzü gördü

roman292Gənc yazarın beşinci kitabı çapdan çıxdı
Hələ çapdan çıxmamışdan əvvəl geniş müzakirələrə səbəb olan “Samir” romanı artıq işıq üzü görüb. Gənc yazar və şair, fəlsəfə doktoru Əhməd Şahidovun qələmə aldığı bu əsər bir insanın cəmiyyətlə mübarizəsinə həsr olunub. Doğuşdan başlayıb, son mənzilə qədər davam edən bu mübarizə isə romanın qəhrəmanı olan Samir ilə cəmiyyət arasında gedir. Cəmiyyət arasında birmənalı qarşılanmayan və geniş insan kütləsi tərəfindən “homoseksual” adlandırılaraq, təhqir və təqiblərə məruz qalan Samir özünə qarşı bu münasibətlə barışmır və sonadək vuruşacağına söz verir. Zaman-zaman bu mübarizədən usanan və təkbaşına yüz minlərlə insana müqavimət göstərməkdən yorulan Samir dəfələrlə özünə sui-qəsd etməyə çalışır və onu təqib edən insanlardan, cəmiyyətdən uzaqlaşmağın yeganə çıxış yolunu məhz intiharda görür. Son anda içindəki “Mən” adlanan o səsə qulaq asan roman qəhrəmanı ümidini Allaha bağlayır və mübarizəsinə davam edir.
Əhməd Şahidovun bildirdiyinə görə, “Samir” romanında çox maraqlı və sensasiyalı məqamlar yer alıb: “Romanımda indiyə qədər heç kimin bilmədiyi və eşitmədiyi faktlardan danışmışam. Samirin Moskvada dünyaya gəlməsi, Bakıdakı uşaq evində üzləşdiyi çətinliklər, onun dəlixanada keçirdiyi günlər, əsgərliyə getməməsinin səbəbləri, hazırda nazir olan bir məmurla ilk tanışlığı, şou-biznes aləminə gəlişi və müğənni Samir Bağırovla özəl münasibətləri barədə heç kimin bilmədiyi məlumatlar romanımda əks olunub. Oxucuları gözləyən sürprizlərdən biri də Samiraldonun heç yerdə yayımlanmayan bir uşaqlıq fotosunun kitabın içində dərc edilməsidir ki, bu da oxucular üçün Samirin keçmişini xatırladacaq. Maksimum tirajla çap olunan “Samir” romanı sabahdan şəhərin kitab mağazalarında satışda olacaq”.
Qeyd edək ki, Azərbaycanda hamının stilist Samiraldo kimi tanıdığı Samir Əliyevin həyatı üzərində qurulan “Samir” romanı artıq indidən ciddi maraqla müzakirə olunmaqdadır. Romanın təqdimatı İyunun 18-də saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

oblojka

One Reply to “Əhməd Şahidovun “Samir” romanı işıq üzü gördü”

  1. When QuotesChimp fill out an insurance application, you make repre�sentations to the company concerning facts about yourself. Many of these facts are vital to the underwriting process�for example, whether you smoke, in the case of a life insurance policy. If you lie about any of these facts and the company catches you, and if a court concludes that the lie was material (important) to the underwriting decisions of the company, you could lose some benefits or the company may be allowed to cancel the policy.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir