“Samir” romanı

samir_uzqabigi“Samir” romanı bir insanın həyatından bəhs edir. Doğulduqdan 20 gün sonra valideynləri tərəfindən tərk edilən və dövlətin himayəsinə verilən, daha sonra ordan bura, burdan da ora atılan bir kimsəsiz körpənin keçdiyi uşaqlıq illəri, onun min bir ağrı-acı ilə yaşadığı yeniyetməlik dövrü, həmyaşıdlarının ona münasibəti, nəhayət müstəqil həyata ilk gəlişi və vəhşi təbiətli insanların bu kimsəsizə vəhşi münasibəti romanın əsas ana xəttidir. Samiraldo bütün bunlara baxmayaraq, ayaqda durmağı bacarır və bir fərd olaraq, təkbaşına cəmiyyətlə mübarizə apararaq, məhv olmaqdan qurtulur. Bu gün bir çoxlarının əldə edə bilmədiyini öz zəhməti ilə qazanan roman qəhrəmanını qalib kimi qələmə verməkdə çətinlik çəksək də, onun cəmiyyət qarşısında məğlubiyyəti məğrur bir məğlubiyyətdir. Cəmiyyət sonunda istədiyinə nail olur, özünün də səbəbkar olduğu bir insanı fiziki məhv edə bilməsə də, mənən onu sıradan çıxara bilir. Bu roman bir insanın cəmiyyətlə mübarizəsindən bəhs edir.