BU NƏ SEVGİDİR, İLAHİ?!

ahmadBu dünya dar gəlir mənə,
İstidə qar gəlir mənə
Yuxuda yar gəlir mənə
Əl verib tutammıramsa,
Yanında olammıramsa,
Bu nə sevgidir, İlahi?!

Sən hər gün fikirlərimdə,
Sən hər gün sözlərimdəsən.
Hər gün həsrətlə döyünən
Eşq dolu ürəyimdəsən
Eşqimi bəyan etməyə
Qəlbimi açammıramsa
Bu nə sevgidir, İlahi?!

Bugün yenə yanımdasan
Sənin əlindən tutmuşam.
Ruhumdasan, canımdasan
Səninçün çox darıxmışam
Üz-üzə dayanmışıqsa,
Səni öpə bilmirəmsə,
Bu nə sevgidir, İlahi?!

Əhməd ŞAHİDOV
08 Mart 2013-cü il, Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et