XOCALI SOYQIRIMI ŞKTC PARLAMENTİNDƏ ANILDI – BRT TV

brtFevralın 22-dən etibarən Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin ŞKTC Parlamentində təşkil etdiyi “Xocalıya Ədalət” adlı tədbiri bu ölkənin ictimaiyyəti və mətbuatı tərəfindən diqqətlə izlənilib. Fevralın 26-də dərc edilən ölkə qəzetlərinin hamısı Xocalıya həsr olunmuş həmin tədbir barədə geniş materiallar dərc edib.

Şimali Kiprin Dövlət Televiziyası olan BRT və Genç TV kanalları da Xocalı soyqırımı ilə bağlı TURSAM Strateji Araşdırmalar Mərkəzinin ŞKTC Parlamentində təşkil etdiyi anım tədbirini geniş işıqlandırıblar.

Bu yazını Facebookda şərh et