Şimali Kipr Parlamentində Xocalıya Ədalət paneli keçirildi – FOTO – VİDEO

bozer292ŞTKC Milli Məclisinin sədri və deputatlar paneldə iştirak ediblər
Fevralın 25-də Şimali Kiprin paytaxtı Lefkoşada “Xocalıya ədalət” paneli keçirilib.

TURSAM Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən panelə Şimali Kipr Türk Cumhuriyyəti (ŞKTC) Milli Məclisinin sədri Hasan Bozer, millət vəkilləri, araşdırmaçı tarixçilər, tələbələr və jurnalisatlər iştirak ediblər. Qonaqlar ŞKTC-nin kitabxanasında təşkil olunan panel zamanı Qarabağ və Xocalı həqiqətlərini əks etdirən foto stendləri gəziblər. Daha sonra onlar nümayiş etdirilən kitablara baxış keçiriblər.

Çıxış edən TURSAM rəhbəri Əhməd Şahidov bildirib ki, rəhbərlik etdiyi qurum türk millətlərinin ortaq faciələri, o cümlədən, Qarabağ həqiqtələri ilə bağlı tez-tez bu tip panellər təşkil edir: “Azərbaycan türklərinin məruz qaldığı Xocalı faciəsindən 21- il ötür. Ötən illər ərzində Azərbaycan və Türkiyə bu soyqırımı dünya ölkələri tərəfindən rəsmi şəkildə tanıması ilə bağlı bir çox mühüm işlər görüblər. Xocalı faciəsinin dünyada daha geniş tanıdılması yönündə bir neçə dildə kitablar dərc etdirmişik. O cümlədən elektron medianın sürətlə böyüdüyü bir zamanda Qarabağ həqiqətlərini əks etdirən foto və video materiallarla zəngin internet saytlarınn hazırlanması yönündə mühüm işlər görmüşük. Ötən il İstanbulda təşkil etdiyimiz bu paneli bu dəfə müxtəlif illərdə rumlar tərəfindən müxtəlif terror hadislərinə məruz qalan Şimali Kiprdə keçirmək qərarına gəldik. Burdakı Milli Məclisin, Türkiyə Səfirliyinin nümayəndələri ilə çox gözəl münasibətlərimiz var. Onlar bizim təklifimizi çox gözəl qarşıladılar və bu işləri həyata keçirməkdə bizlərə kömək etdilər”.

Çıxış edən ŞKTC Milli Məclisin sədri Hasan Bozer deyib ki, Xocalı təkcə Azərbaycanın yox, bütün türk dünaysını faciəsidir: “26 fevralda Xocalıdakı türklərin başına gətirilən bu olaya hələ də dünya birliyi susmaqla yetinir. Şimali Kipr Türk Cumhuriyyəti olaraq Qarabağ problemləri ilə bağlı həyata keçirilən bütü tədbir və nümayişlərə yaxından kömək edirik. Böyük bir faciədir və inşallah türk dünyası bir də bu cür faciə yaşamaz. Dünyanın barış içərisində yaşamasını arzu edirik. Güman edirik ki, qardaş ölkə Azərbaycanın Dağlıq Qarabağ problemi tezliklə öz həllini tapacaq”.

Şimali Kipr Doğu Akdeniz Universiteti Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Elçin Süleymanov və idarə heyətinin üzvü Heydər Əliyev isə çıxışları zamanı Xocalıya ədalət kampaniyasının təkcə Şimali Kiprdə deyil, dünyanın bir çox universitetlərində bu tip geniş panellər keçirməklə tanıtdılarını qeyd ediblər.

Daha sonra çıxış edən Azərbaycan Şimali Kipr Dispora Təmsilçisinin müavini Gökhan Güler tədbirə görə TURSAM rəhbərinə təşəkkürünü bildirib.

Fərahim İLQAROĞLU
Lefkoşa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti