Əhməd Şahidov TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri seçildi

tursamYanvar ayının 27-də bir qrup gənc araşdırmaçı və elm adamı tərəfindən TURSAM Strateji Araşdırmalar Mərkəzinin əsası qoyulmuşdur. Qısaca TURSAM adlanacaq bu təşkilatın sədrliyinə gənc yazar və alim Əhməd Şahidov seçilmişdir. Türk dünyası ilə sıx münasibətlərə malik insanlardan ibarət bu təşkilatın sədri Əhməd Şahidovla söhbət zamanı yeni təsis edilmiş TURSAM təşkilatının yaranması, məqsədi, fəaliyyət istiqamətləri və planları barədə soruşduq.
Müxbirimizlə söhbət zamanı TURSAM başqanı Əhməd Şahidov bildirdi ki, son illər Türkiyə, Şimali Kipr, Qırğızıstan, Qazaxıstan və Cənubi Azərbaycana işgüzar səfərləri zamanı Türk coğrafiyasında tükənməz problemlərin olduğunun şahidi olmuş və bu problemlərin həlli istiqamətində aparılan işlərə öz töhfəsini vermək qərarına gəlmişdir: “Biz TURSAM təşkilatını yaradarkən qarşımıza konkret məqsədlər qoymuşuq – bütün dünyaya səpələnmiş türklərin tanıdılması, öz milli kimliyini unutmaqda olan Türk insanının yaddaşını təzələmək və babalarımızın bizə bir vəzifə olaraq qoyub getdiyi Böyük Turan ideyasının reallaşması üçün öz fikir və töhfələrimizi vermək. Təşkilatımızın adında da Turan ifadəsinin seçilməsi məhz bu istəkdən irəli gəlir. Düşünürəm ki, yeni yaradılmış TURSAM Strateji Araşdırmalar Mərkəzi qısa zaman ərzində bütün dünyadakı türklərin milli təşkilatına çevriləcək.”
Heç bir siyasi iddiaları olmayan TURSAM təşkilatının gələcəkdə Azərbaycan da daxil olmaqla, digər Türk Cümhuriyyətlərində silsilə layihələr keçirəcəyini bildirən Əhməd Şahidov ilk böyük tədbirin 26 Fevral Xocalı soyqırımı günü keçiriləcəyini bildirdi: “TURSAM təşkilatı olaraq, biz təkcə Türk coğrafiyasında deyil, habelə qonşu regionlarda, Rusiya, İran, Yaxın Şərq ölkələrində baş verən prosesləri yaxından izləyəcək və mütəmadi olaraq analizlərimizi, fikir və mövqelərimizi ortaya qoyacayıq.”
Bütün Türk dövlətlərində nümayəndələriklərinin yaradıldığını bildirən TURSAM başqanı Əhməd Şahidov rəhbərlik etdiyi qurumun internet saytının (www.tursam.org) da fəaliyyət göstərdiyini bildirdi.

TURSAM Mətbuat Xidməti

Bu yazını Facebookda şərh et