BƏLKƏ DƏ

ahmadYayın bu günündə xəstəsən, şair!
Qəlbində payızdı, qışdı bəlkə də
Fələk də günbəgün ömrüvü sayır
Bəlkə də ölmüsən, yoxsa bəlkə də!!!

Sənin ömrün 30 qədər yazılıb
Otuzdan sonrası yoxdu bəlkə də
Kəfəni hazırla, qəbrin qazılıb
İndi göylərdədir ruhun bəlkə də.

Yoxsa həyatından razı deyilsən?!
İkinci dəfə də dünyaya gəlsən
Həminki Əhmədsən, yenə şairsən
Şair olacaqsan yenə bəlkə də.

Sıxma ürəyivi! 30 bəsindir,
Guya 100 yaşayıb nə edəcəkdin?!
100 olan, 1000 olan sənin səsindir,
Sözündür, şeirindir. Özün bəlkə də
Sabah unuduldun xatirələrdən
Amma şeirlərin qalar bəlkə də.

 

Əhməd Şahidov
13 İyun 2012-ci il, saat 11:15, Bakı, Azərbaycan