Əhməd Şahidovun Kanal 13 Televiziyasına müsahibəsi

Gənc alim, filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Azərbaycanın ilk onlayn televiziyası olan Kanal13 televiziyasının “Gerçəklik” verilişinin qonağı olmuşdur. Verilişin bu dəfəki mövzusu ölkədəki ictimai-siyasi vəziyyət və Azərbaycan gəncliyinin ictimai-siyasi proseslərdə rolu haqqında olmuşdur. Əhməd Şahidov son proseslər barədə öz fikirlərini açıqlamış və ölkə gəncliyinin aktivliyindən danışmışdır. Habelə Azərbaycan gəncliyinin bugünkü durumu, onun problem və qayğıları barədə danışılmış, Azərbaycanın nəinki regionda, habelə bütün dünyada aparıcı yerlərdən birini tutduğu vurğulanmışdır. Əhməd Şahidov Kanal 13 Televiziyasının oxucularını maraqlandıran digər sualları da cavablandırmışdır.

Bu yazını Facebookda şərh et