SƏN HARDAN BİLƏSƏN NƏ ÇƏKDİYİMİ?!

seirSən heç bilirsənmi məhəbbət nədir?!
Nədir insan qəlbi, səadət nədir?!
Sevsən bir insanı sən də ürəkdən
Sənə də laqeyd olsa sevdiyin
Görərsən ürəyin necə göynədir!
Bəlkə də duymursan mənim sevgimi
Sən hardan biləsən nə çəkdiyimi?!

Axı sən heç zaman sevmədin məni
Sadəcə vaxt idi, keçirdin getdi
Amma mən ömürlük sevmişəm səni
Sən getdin, yenə də sevgim bitmədi
Yer də, göy də hiss etdi sevdiyimi
Sən hardan biləsən nə çəkdiyimi?!

Bilmirəm kor idin, görmürdün bunu?!
Səninçün gecələr yatmadığımı?!
Ən çətin anında, ən dar günündə
Səni bir an da tək buraxmadığımı
Hamı sənə düşmən tək davrananda
Tək mən sənə söylədim sevdiyimi
Sən hardan biləsən nə çəkdiyimi?!

Nə haqq ilə məni özünə çəkdin?!
Aldadıb qəlbimi sındırdın mənim
Ömrünə xəyanət toxumu əkdin
Əkdiyin qarşına çıxacaq sənin
O zaman anlarsan nə dediyimi
Sən hardan biləsən nə çəkdiyimi?!

Günah məndədir ki, sevmişəm səni
Hər şeyi gözümə almışdım, amma
Bilməzdim, gün gələr qoyarsan məni
Qapının ağzında! Darıxma amma
Allah qapısını açar üzümə
Sevginin dadını bir də dadaram
Sən isə tək-tənha sürüb ömrünü
Sevgi qapısında heç də ağlama
Cəzasız qoymayır Allah heç kimi
Sən hardan biləsən nə çəkdiyimi?!

Əhməd Şahidov
31 Mart 2012-ci il, saat 02:20, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et