Ağırdır kimsəni sevmək,
ürək daşıya bilməz!
Sevgiyə ümidlərimi
ömür qaldıra bilməz!
Həyat sanki bir səhnədir
Hər kəsin öz rolu var
Mənə düşən çətin rolu
Heç kim oynaya bilməz!
Axtar-axtar öz sevgini
Gec də olsa tap onu
Sevə-sevə xoşbəxt yaşa
Gözləməzdim ki, sonu
Qəfil bitər bu sevginin
Ürək həsrətə dözməz
Sevə-sevə ayrılmağa
Məndən başqa kimsənin
Zərrə cürəti yetməz!
Səndən sonra tək qalacaq
Daha sevməz bu ürək!
Bu ürəyə səndən sonra
Daha sevmək nə gərək?!
Sənin üçün gecə-gündüz
Ağlayacaq, kövrələcək
Səni gözləyə-gözləyə
Bu ürək də öləcək!
Əhməd Şahidov
07 Mart 2012-ci il, saat 19:45, Moskva, Rusiya Federasiyası