ÜRƏK DƏ SEVGİDƏN KÜLƏ DÖNƏRMİŞ

Bu sevda heç zaman bitməz deyirdim
Ən kiçik həsrəti ölüm bilirdim
Gecələr yuxumda səni görürdüm
Sən demə hər şeyin sonu olarmış
Sevgim də nə vaxtsa gül tək solarmış.

Çox ömür xərclədim bu məhəbbətə
Dayandım, sınmadım acı həsrətə
Heyranam səndəki bu məharətə
İnsan sevdiyini silə bilərmiş
Sevgim də nə vaxtsa ölə bilərmiş.

İncidir bu qərar, bu hökm məni
Çox çətin olsa da, silmişəm səni
Ömrümdən, günümdən gəlib keçəni
Ürək düşünmədən sevə bilərmiş
İnsan da sevməkdən külə dönərmiş.

İndi çox rahatam, azad olmuşam
Yoxdur məni gecələr üzən o sən
Ağrıdan, acıdan tam qurtulmuşam
Sən də rahat yaşa, o sevgin o sən
Mənsiz də gözlərin gülə bilərmiş
Bir sevgi nifrətə dönə bilərmiş.

Ömrümün bağında güllər solubdur,
O güllər, çiçəklər ətrini saçmaz
Son sözün qəlbimə yara vurubdur
Daha min tərifin qəlbimi açmaz
Ürək də bir sözlə sönə bilərmiş
Əhməd bir gün səndən dönə bilərmiş.

Əhməd ŞAHİDOV
01 Fevral 2012-ci il, 18:15, Moskva, Rusiya Federasiyası