SEVƏNLƏRƏ SƏSLƏNİRƏM

Bütün sevənlərə səslənirəm mən,
Qoymayın sevginiz daşa dirənsin.
Cılız maneələr, cılız dəyərlər
Sizin sevginizi üstələməsin.
Yaşayın sevginin hər dəqiqəsini
Sevgi hər an, hər saniyə yaşasın
Eşidin ki, qəlbinizin səsini
Qəlbiniz də bu sevgiylə yaşasın.
Hazır olun, xəyanətə, yalana,
Sizi sındırmasın nə acı sözlər
Nə də ki, şeytanın xain tələsi
Qoy gülsün, sevinsin, sevsin o gözlər

Bütün sevənlərə səslənirəm mən,
Sadiq qalın sevginizə hər zaman
Nə dünya malını, nə zərxaranı
Üstün tutub sevginizdən heç zaman
Qoymayın ruhunuz vara, dövlətə
Əsir olub qarşısında baş əysin!
Çalışın həyatın mənası olan
Saf bir məhəbbətdən bərk-bərk yapışın
Uzaqda olsa da, həmin məhəbbət
Vuruşun zamanla, yenə çalışın
Nail olun o sevgiyə, o eşqə
Könül verin, sadiq qalın sevgiyə
Dəyər verin sizi sevən insanın
Həsrətdən süzülən göz yaşlarına
Qoymayın o gözlər kədərlə dolsun
Əlindən bərk tutun sevgilinizin
Qoy sevinc, məhəbbət sizə yar olsun!

Əhməd ŞAHİDOV
25 Dekabr 2011-ci il, saat 22:40

Bu yazını Facebookda şərh et