… bizdən adam olmayacaq!
Bir həftə bundan əvvəl “Azadlıq” qəzetində yazdığım məqalə internet istifadəçiləri arasında ciddi müzakirələrə səbəb oldu. Əslində bir-birindən fərqli mövqelər ortaya qoyuldu. Biri dedi biz türkük, biri dedi Azərbaycanlı, biri kürd olması ilə öyündü, bəziləri də milliyyətin əslində formal olduğunu, əsas dövlətçiliyik maralarından çıxış etməyi məsləhət gördü. Mənə qalsa, biz Azərbaycanlıyıq, bir az da dərinə gedib Azəri türkü adlana bilərik. Amma bir azərbaycanlı kimi məni ilk növbədə öz Vətənimin problemi olan Dağlıq Qarabağ konflikti maraqlandırır, şəhidlərimizin intiqamını necə alacağımızı düşünürəm.
Bəzən fikirləşirəm ki, bu cəmiyyətdə yaşayırıq. Biri gəlib bizim toyuğumuza daş atanda əsəbiləşirik, gedib az qala həmin adamın başını kəsməyə hazırıq. Yadımdadır, özümə təzə avtomobil alanda məhəllədəki uşaqlar futbol oynayır, top tez-tez gəlib mənim avtomobilimə dəyərdi. Pəncərədən baxıb bunu görəndə dəli olurdum. Gedib həmin uşaqlara təpinir, topunu alıb cırmaq istəyirdim. Çünki, sahib olduğum əmlaka ziyan dəyməsini istəmirdim. Halal zəhmətlə qazandığım şeyin əldən çıxmasına və ya zərər görməsinə razı ola bilmirdim.
Vətən nə deməkdir? Gəlin bir düşünək. Azərbaycan mənim, sənin, onun, bunun malik olduğu evin, bağın, torpağın, ailələrin birlikdə cəmidir. Mən olmasam, sən olmasan, o olmasa, əlbəttə ki, Vətən də olmaz. Onda bəs niyə Vətəni layiqincə qoruya bilmirik?! Maşınının yanı cızılanda əsəbiləşən o azərbaycanlı nəyə görə yaşadığı Vətənin 20 faizi işğal altında olanda belə sakit ola bilir?! Niyə? Axı bizim canımız gedib əldən. Sussaq, onda bir 10 ildən sonra, bəlkə də 20 ildən sonra gəlib Şamaxıya, oradan da Bakıya çıxacaq erməni dığaları.
Nəyə görə indi gənclərimiz əsgərlikdən yayınmağa və ya “yaxşı” hərbi hissələrə düşməyə can atırlar. Guya Qubada, Masallıda qulluq edənlər sabah müharibə başlayanda səngərdə erməni ilə üz-üzə qalmayacaqlar?!
Maraqlıdır, heç kim müharibədə ölmək istəmir. Bu, təbii bir hissdir. Allah insana ömür verib, can verib. Bu canı qorumaq da biz bəndələrin borcudur. Amma qorxaq kimi daş dalında gizlənmək və düşmənə boyun əymək də kişi işi deyil axı, əzizlərim. İndiki nəsil fikirləşir ki, Qarabağı nə vaxtsa alacayıq. Bununla da gələcək nəsillərin üstünə atmaq istəyirlər bu vəzifəni. Nə olar müharibə başlasa, mən ölsəm, sən ölsən, o ölsə, bu millət bitib tükənməyəcək. Əksinə Qarabağı qan bahasına geri alacayıq, ermənilərin kafasını elə əzəcəyik ki, hələ bir 50-100 il də onların səsi çıxmayacaq.
Müharibə deyən kimi ölümü göz önünə gətirmək əslində bir acizlik əlamətidir. Müharibədə düşməni məhv etmək, öldürmək lazımdır. Buna hazırıqmı? Gərək indidən məktəblərdə təbliğatı bu istiqamətdə aparaq. Maraqlıdır, ailədə körpə dünyaya gələndə ata-ana sevinclə deyir ki, Vətənə əsgər böyüdürəm, amma 18 yaşa çatanda həmin gənci min bir bəhanə ilə hərbi xidmətdən yayındırmağa çalışırlar.
Amma şübhəsiz ki, mərd oğullarımız da çoxdur. Mən deyərdim ki, Azərbaycan xalqı mərd xalqdır. Sadəcə son dövrlərin böhranları, çətinlikləri insanları bir qədər qorxudub. Gərək dövlət də insanlara elə münasibət bəsləsin ki, müharibəyə yollanan gənc arxa cəbhədə öz ailəsinin təminatından arxayın olsun.
Məncə bəsdir, hər yeni il axşamı Qarabağın nə vaxtsa geri qayıdacağı barədə arzular səsləndirmək, tostlar qaldırmaq. İndi şərab içmək deyil, düşmən qanı içmək vaxtıdır. Qarabağı qaytarmasaq, vallah bizdən adam olmayacaq. Axı biz adamıq, gərək Qarabağımıza sahib çıxaq!
Əhməd Şahidov