ƏHMƏD ŞAHİDOV DOĞU AKDENİZ UNİVERSİTETİNDƏ ÇIXIŞ ETDİ

Çıxışının sonunda “Ben Türküm” şeirini səsləndirməsi alqışlara səbəb oldu
Xəbər verildiyi kimi, 1-5 Noyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətinin müxtəlif şəhərlərində Kipr Türk Mücahidlər Dərnəyi və Türk Müqavimət Təşkilatının birgə təşkil etdiyi İkinci Beynəlxalq “Kıbrıs Türk Milli Mücadelesi ve bu Mücadelede TMT-nin Yeri” sempozyumu keçirilmişdir. Doğu Akdeniz Üniversitesi, Yakın Doğu Üniversitesi, Ortadoğu Teknik Üniversitesi, Kuzey Kıbrıs Kampusu, Lefke Avrupa Üniversitesi, Uluslararası Kıbrıs Üniversitesi ve Girne Amerikan Üniversitesinin töhfələri və işbirliyilə düzənlənən bu sempozyum ŞKTC-nin bütün şəhərlərində keçirilirdi.
Sempozyumda iştirak etmək üçün Kipr Türk Mücahidlər Dərnəyi tərəfindən dəvət alan filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov Noyabrın 3-də Doğu Akdeniz Universitetində keçirilən konfransda çıxış etmişdir. “Türk Milli Mücadelesinde Kenan Çoyğunun yeri” mövzusunda çıxış edən Əhməd Şahidov Kiprdəki türklərin mübarizlik simvolu olan Kenan Çoyğunun ömür yolundan danışmış, onun Kiprə gəlişi, buradakı türklərin təşkilatlanıb düşmənə qarşı mübarizə aparmasındakı rolundan söhbət açmışdır. KKTC-nin qurucu lideri Rauf Denktaşın general Kenan Çoyğunla ilk görüşünü təsvir edən Ə.Şahidov “Bozqur”du elə Rauf Denktaşın öz dilindən canlandırmışdır.
Çıxışının sonunda Kenan Çoyğunun qəbrinin Kiprdə olmasının zəruriliyindən söz açan gənc alim Kenan Paşaya sahib çıxmaq və onu müqəddəs Kipr torpaqlarına əmanət etmək barədə danışdı. O illərə şair gözüylə baxan Əhməd Şahidov tanınmış Kipr şairi Harid Fedainin bir kublet şeirini də konfrans iştirakçıları üçün səsləndirdi:
“Bir avuç halktık darboğazlarda,
Ve de ölüm kalım arasındaki fark bıçak sırtıydı
Öne düşüp bir Bozkurt gibi yol gösterdiniz,
Karanlıklar aydınlığa düştü…”

Bunun ardınca özünün qələmə aldığı “Ben Türküm” şeirini səsləndirən Əhməd Şahidov konfrans iştirakçılarına duyğusal anlar yaşatdı. Bir nəfəsə həmin şeiri oxuyan Əhməd Şahidov zaldakı konfrans iştirkçılarının alqışlarına səbəb oldu.

Bu yazını Facebookda şərh et