Suriyadakı vəziyyət dünya gündəmində – Əhməd Şahidov ABŞ Dövlət Departamentindən ARB24 kanalına şərh edir


Dünyada geosiyasi gərginliklərin artdığı bir dövrdə – xüsusilə Yaxın Şərqdə davam edən münaqişələr, Suriyada vəziyyətin qeyri-müəyyənliyi və beynəlxalq güclərin bu proseslərə yanaşması diqqət mərkəzindədir. ABŞ başda olmaqla Qərb ölkələrinin regiondakı rolu və təsir imkanları hazırda qlobal analitiklərin gündəmində əsas yer tutur.

Bu kontekstdə, bu gün Vaşinqtondan ARB24 Televiziyasına canlı bağlantı ilə çıxış edən siyasi şərhçi Əhməd Şahidov ABŞ Dövlət Departamentinin media brifinq zalından son proseslərə dair təhlillərini bölüşüb.

Canlı bağlantıda Əhməd Şahidov Suriyadakı vəziyyət, Yaxın Şərqdəki son durum və ABŞ-ın bu proseslərə təsir imkanları barədə ətraflı danışıb. Eyni zamanda, ABŞ Dövlət Departamentində keçirilən ənənəvi media brifinqində iştirak etdiyini bildirərək burada Azərbaycanla bağlı bir sıra məsələlərin qaldırıldığını qeyd edib.

Əhməd Şahidov bildirib ki, brifinq zamanı Azərbaycan-Ermənistan arasında sülh danışıqları və Zəngəzur Koridoru ilə bağlı suallar ünvanlayıb və Dövlət Departamentinin mətbuat katibi xanım Tammy Bruce-dən bu mövzularda rəsmi cavablar alıb.

Siyasi şərhçi ABŞ-ın regiondakı sülh təşəbbüslərinə münasibətini izləməyin və bu platformalarda Azərbaycanın mövqeyini çatdırmağın vacibliyini xüsusi vurğulayıb.