Cənubi Qafqazda yeni siyasi reallıqlar: Əhməd Şahidov Real TV-də ABŞ-Azərbaycan münasibətlərini şərh etdi


Son günlər Cənubi Qafqaz regionunda baş verən hadisələr, xüsusilə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları, eləcə də ABŞ-ın bölgəyə yönəlik siyasəti beynəlxalq medianın və ekspertlərin diqqət mərkəzindədir. Vaşinqtonun regionda artan marağı və bu çərçivədə Azərbaycanla münasibətləri, eləcə də Ermənistanla aparılan diplomatik danışıqlar yeni siyasi balansların formalaşmasına səbəb olur.

Bu mövzu ətrafında REAL Televiziyasının efirində siyasi şərhçi Əhməd Şahidov geniş təhlillərini bölüşüb. Verilişdə ABŞ-Azərbaycan münasibətləri, Vaşinqtonun Cənubi Qafqaz strategiyası və Azərbaycan-Ermənistan sülh prosesi barədə danışan Əhməd Şahidov, ABŞ-ın regiondakı maraqları və atdığı addımların mümkün nəticələri barədə fikirlərini səsləndirib.

Əhməd Şahidov həmçinin Ermənistanın sülh danışıqlarındakı mövqeyi, bu mövqenin regional sabitliyə təsiri və beynəlxalq təşkilatların prosesdəki rolu barədə də ətraflı fikir bildirib. Müsahibə zamanı ABŞ-ın digər geosiyasi məsələlər – Qəzza və Ukrayna münaqişələri ilə bağlı mövqeyi də müzakirə olunub və bu siyasətlərin Cənubi Qafqaza təsirləri təhlil edilib.