ATƏT`in Uşaq Alverinə qarşı beynəlxalq konfransı baş tutub – Əhməd Şahidov Vyanadan ARB24 kanalına danışıb


Vyanada 31 mart – 1 aprel tarixlərində ATƏT-in təşkilatçılığı ilə 25-ci “İnsan Alverinə Qarşı Mübarizə üzrə Alyans Konfransı” keçirilib. “Uşaqları Qorumaq, Gələcəyi Formalaşdırmaq: Uşaq Alverinə Son” mövzusu altında baş tutan beynəlxalq tədbirdə münaqişə zonalarında uşaqların hüquqlarının qorunması, uşaq alverinə qarşı mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Tədbirdə iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 kanalına açıqlamasında Azərbaycanın bu sahədəki təcrübəsini bölüşüb. O, Azərbaycanın uşaq hüquqlarının qorunması istiqamətində gördüyü tədbirlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və qanunvericilik bazasının gücləndirilməsi ilə bağlı danışıb.

Konfrans çərçivəsində mütəxəssislər və rəsmi şəxslər uşaq alverinə qarşı yeni strategiyalar, beynəlxalq əməkdaşlığın vacibliyi və mübarizə yolları barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar bu problemin qlobal miqyasda həll olunması üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.