Aprel ayında Ermənistan yeni müharibəyə başlamağı planlaşdırır. Bununla bağlı hazırlıqlar artıq başlayıb. Azərbaycanla şərti sərhəddə xəndəklər qazılır, ağır artilleriya toplanır. Bundan başqa, 1 Aprel – 13 İyun tarixlərində Ermənistanda ehtiyyatda olan hərbi qulluqçuların toplanışı elan edilib və geniş hərbi təlimlərin keçirilməsi barədə qərar verilib.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistan tərəfindən yeni hücum əməliyyatlarının həyata keçirilməsi gözləniləndir. Sülh danışıqlarında müəyyən fasilə yaranıb. Çünki Ermənistan yeni şərtlər irəli sürüb ki, bu da Azərbaycan tərəfindən əsla qəbuledilən deyil. Belə olan halda, Ermənistan hərbi təxribata əl atmaqla dünyanın diqqətini Cənubi Qafqaza yönəltməyə çalışır.