“Ermənistan Azərbaycana yeni şərtlər qoymaq istəyir” – Əhməd Şahidov ARB24 kanalına danışıb


Ermənistan XİN sözçüsü bildirib ki, Azərbaycandan sülh sazişi layihəsinə cavab alıblar, lakin “digər məsələlərdə – kommunikasiyaların blokdan çıxarılması və silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflərə cavab yoxdur”.

Ermənistan qarşılıqlı şəkildə silahlara nəzarət mexanizmi yaratmağı təklif edir. Bu, isə o deməkdir ki, Azərbaycan gələcəkdə alacağı yeni silahlar barədə Ermənistana məlumat verməlidir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu məsələ ümumiyyətlə müzakirə predmedi deyil və Azərbaycan bunu əsla qəbul etməyəcək: “2020-ci ildə Azərbaycan müharibəni qazanıb və Ermənistan məğlub olub. Bugün şərtləri Azərbaycan diqtə edir. Ermənistan bir sıra şərtləri yerinə yetirməlidir. Bunu etmək əvəzinə durub Azərbaycana yeni şərtlər irəli sürmək əsla qəbuledilən deyil”