Bir-neçə gün bundan öncə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş tutan ABŞ-Rusiya danışıqları və sonrasında verilən açıqlamalar Qərb dünyasında şok effekti yaradıb. ABŞ prezidenti Donald Tramp açıq şəkildə Ukraynanı ittiham edir və Rusiyanın xeyrinə Kiyevə təzyiqlər göstərməkdədir. Görünən odur ki, bu müharibədə Rusiyanın qələbə qazanması və Kremlin istədiklərini əldə etməsi ehtimalı böyükdür.
Belə olan halda bütün dünyanı bir sual düşündürür: Əgər Rusiya Ukraynada tam qələbə qazansa, onun növbəti hədəfi hara olacaq?!
Həm Avropa ölkələri, həm də ayrı-ayrı ölkələr bu barədə ciddi narahatlıqlarını ifadə edirlər.
Mövzu ilə bağlı ARB24 Televiziyasının “Nə baş verir?” proqramında danışan siyasi şərhçi Əhməd Şahidov Rusiyanın növbəti hədəfi və Moskvanın atacağı addımlar barədə şərh verib.