“Tərəfləri güzəştə məcbur etmək asan olmayacaq” – Əhməd Şahidov Ər-Riyadda keçirilən ABŞ-Rusiya görüşünü ARB24 kanalına şərh edib


Bugün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ və Rusiya rəsmiləri arasında görüş baş tutub. ABŞ-nin Dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da qatıldığı görüşdə Rusiya-ABŞ münasibətlərinin bərpasına və Ukrayna məsələsinə dair müzakirələr keçirilib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ukrayna müharibəsində qalıcı sühə nail olmaq asan olmayacaq. Bu, təkcə ABŞ və Rusiya arasında razılaşma ilə mümkün görünmür. Əsas tərəf Ukrayna və Avropa liderləri, habelə də Türkiyə də bu prosesdə iştirak etməlidir. Əks halda tərəfləri güzəştə məcbur etmək asan olmayacaq.