Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (“Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.
Mövzu ilə bağlı Baku TV`ə danışan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Ermənistanın Azərbaycan xalqına qarşı işləmiş olduğu müharibə cinayətləri mərhələli şəkildə araşdırılır və dəymiş ziyanın ödənilməsi məqsədilə beynəlxalq məhəkəmələrə müraciətlər edilir.