Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya iki günlük səfərə yollanıb. Səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşəcək Nikol Paşinyan iki ölkə arasında hərbi-siyasi, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək. Fransa səfəri öncəsi erməni mətbuatında məqalə dərc edən baş nazir Nikol Paşinyan Azərbaycanı ittiham edib və yeni müharibə təhlükəsi barədə söz açıb.
Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistan iqtidarı Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı görünmür və ciddi cəhdlə silahlanmağa üstünlük verir. Ermənistanın silahlanmasına ciddi dəstək verən Fransa isə Cənubi Qafqazda yeni hərbi əməliyyatların başladılması üçün ciddi hazırlıqlar görür.