“Rusiyadan gələn təhdidləri Azərbaycan cavabsız qoymayacaq” – Əhməd Şahidov Kanal24`ə danışıb


Rusiya və Azərbaycan arasında gərginlik artmaqdadır. Rusiya tərəfi Azərbaycana məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə susqunluqla yanaşır. Bunun ardınca da, Bakıda fəaliyyət göstərən “Rus evi”nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlara Moskvadan təhdid xarakterli cavab verilməkdədir.

Mövzu ilə bağlı Türkiyənin Kanal24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Rusiya öz müttəfiqi olan Azərbaycana qarşı hörmətsizlik edir və Bakının haqlı tələblərinə məhəl qoymur. Son günlər Rusiyadan Azərbaycana qarşı təhdid və şantaj xarakterli çağırışlar səslənməkdədir. Rusiyadan gələn bu təhdidləri Azərbaycan cavabsız qoymayacaq.