ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirmişdi ki, İsrailin hərbi əməliyyatları nəticəsində evlərini itirmiş Qəzza zolağı sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab edir. Söhbət Qəzza zolağından kənara köçürülməli olan 1,5 milyon insandan gedir.
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, həmçinin Fələstin liderinin müşaviri Hüseyn əl-Şeyx ABŞ Dövlət katibi Marko Rubioya məktub göndərib. XİN rəhbərləri məktubda ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından köçürmək planlarına qarşı çıxıblar.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, fələstinlilərin Qəzzadan köçürülməsi təhlükəli ssenaridir və regionda humanitar böhranı dərinləşdirəcək.