“Bakı Moskvadan cavab gözləyir” – Əhməd Şahidov təyyarə qəzası ilə bağlı ARB24 kanalına danışıb


Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib. Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb. Hesabatdan aydın olur ki, Azərbaycan təyyarəsi tam sağlam vəziyyətdə olub və Rusiya səmasında kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Azərbaycana məxsus təyyarənin Rusiya səmasında havadan müdafiə sistemləri tərəfindən vurulmasına dair heç bir şübhə yoxdur. Bu, bir cinayətdir və Rusiya bu məsələdə məsuliyyət daşıyır. Bakı Moskvadan cavab gözləyir.