Bugün Avropanın enerji təchizatında ciddi problemlər yaşanmaqdadır. Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli artıq dayandığından, Avropa Birliyi üzvü olan ölkələr bununla bağlı Brüsselə öz etirazlarını ifadə etməyə başlayıb. Bununla yanaşı, Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla bağlı təşəbbüslər də səslənməkdədir. Macarıstan – Rusiya qazından istifadə etmək barədə düşünür və Brüsselin etirazlarına baxmayaraq, Budapeşt ilə Moskva arasında əlaqələr davam etməkdədir.
Mövzu ilə bağlı ARB24 kanalına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Macarıstan baş naziri Viktor Orbanın mövcud siyasəti Brüsseldə narazılıqla qarşılanır və Rusiya qazından istifadə etməkdə qərarlı olan Macarıstan Brüsseldən alternativ həll yolları tələb edir.