Amerika Birləşmiş Ştatlarının 47`ci prezidenti Donald Tramp Senatda and içərək öz səlahiyyətlərinin icrasına başlayıb. Bununla da ABŞ tarixində yeni bir dövrün başlanğıcı start götürür. Bu, həm də dünyada yeni nizamın başladığını göstərir.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov Donald Tramp dönəmində dünyada gözlənilən prosesləri şərh edib.