ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar. Sənədi yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.
Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu sazişin gələcək perspektivləri şübhəlidir. Çünki, Donald Tramp dönəmində bu sazişin qüvvədən düşməsi ehtimalı böyükdür. Digər tərəfdən, bu sazişin imzalanmasında əsas məqsəd Cənubi Qafqazda Rusiya və İrana qarşı cəbhəni genişlətməkdir. ABŞ bu prosesdə Ermənistanı plasdarm kimi istifadə edəcək.