Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi üzrə məhkəmə prosesi yanvarın 17-nə təyin olunub. Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı təqsirləndirilən şəxslər məhkəmə qarşısında cavab verəcək.
Mövzu ilə bağlı Xəzər Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Bakıda həbsdə olan erməni terrorçular Azərbaycan xalqına qarşı konkret müharibə cinayətləri törətmiş şəxslərdir və onlarla əlbir olan digər şəxslər hələ də Ermənistanda azadlıqdadırlar. Onların da tutulub Azərbaycana gətirilməsi və məhkəmə qarşısında cavab verməsi istiqamətində zəruri tədbirlər görülür.