“Ermənistanın Avropa İttifaqına üvlüyü mümkün deyil” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olma prosesinin başlandığını elan edir. Layihə hökumətin iclasında müzakirə olunub və bununla bağlı referendumun keçirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı ARB24 Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistanın Avropa İttifaqına üvlüyü mümkün deyil. Bu, sadəcə Cənubi Qafqazda Rusiyaya qarşı cəbhəni genişlətmək məqsədilə başladılan bir kampaniyadır.